Ukraynanın COP tərəfdaşlığı

post-img

Azərbaycanın paytaxtında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Ukrayna nümayəndə heyəti tərəfdaşlarla yaşıl transformasiya və iqtisadi artım üzrə işləyəcək.

Bunu Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk “Ukrayna – COP29 İqlim Konfransında” forumunda deyib.

“Tammiqyaslı müharibəyə baxmayaraq, biz dünyaya iqlim dəyişiklikləri ilə bağlı hökumət siyasətindəki dəyişikliklər barədə məlumat verə bilərik. İqlim Çərçivə Qanunu təsdiq edilib. O, 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq məqsədimizi qarşıya qoyub. Bu, Avropa İttifaqının özü üçün müəyyən etdiyi müddətlərə uyğundur. Bu o deməkdir ki, biz yaşıllığın bərpası və layihələrimizin maliyyələşdirilməsi yolunda mövqeyimizi gücləndiririk”, – deyə S.Qrinçuk bildirib.

Nazirin sözlərinə görə, Bakıda keçirilən COP29-un mövzusu iqlim gündəmində gənclərin roludur. Keçən il COP28 zamanı Ukrayna Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə Beynəlxalq Bəyannaməyə qoşuldu və indi bu istiqamətdə işi gücləndirəcək.

XQ

Son xəbərlər