Tovuzda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Rayonun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gələn 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il təvəllüdlü Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Onlar gecə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.