Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb

post-img

Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada deyilir: “X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılmışdır.

Bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilib və paylaşımın “X” sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır”.



Son xəbərlər