Lavrov: MDB XİN rəhbərləri Avrasiyada təhlükəsizliyə dair sənəd qəbul ediblər

post-img

Müstəqil Dövlətlər Birliyinin (MDB) xarici işlər nazirləri Moskvada keçirilən iclasda Avrasiyada təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq prinsiplərinə dair sənəd qəbul ediblər. Bu barədə oktyabrın 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb. 

Onun sözlərinə görə, XİN başçılarının toplantısı birlik ölkələri dövlət başçılarının Moskvada keçiriləcək görüşünə həsr olunub.

“Biz öz sənədlərimizi, xarici siyasət idarələri rəhbərlərinin sənədlərini qəbul etdik, onlardan birtərəfli məcburetmə tədbirlərinin yolverilməzliyi, qondarma sanksiyaların qəbuledilməzliyi, dövlət siyasətinin formalaşdırılması üzrə işin əsas parametrləri haqqında, Avrasiya təhlükəsizlik sistemi, bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair sənədləri qeyd etmək istərdim”, - Lavrov Nazirlər Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

P.ƏMİRCANOV
XQ

Dünya