Baş prokuror: Konfransın regional təhlükəsizliyə qarşı birgə mübarizəyə xidmət edəcəyinə inanıram

post-img

“Beynəlxalq Prokurorlar Assosiasiyasının İllik Konfransı və Ümumi Yığıncağı bizə prokurorların rolunu müzakirə etmək üçün şərait yaradır. Hazıra tədbirdə 10 beynəlxalq təşkilatın, eyni zamanda 100-ə yaxın ölkənin nümayəndələri iştirak edir”.

AZƏRTAC xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimində deyib.

O qeyd edib ki, bütün prokurorların missiyası öz işini ədalətli şəkildə icra etməkdir: “Qanun sülhün bərqərar olduğu cəmiyyətin banisi, demokratiyanın və insan ləyaqətinin qoruyucusudur.

İnanıram ki, dostluq təməlləri əsasında keçiriləcək konfrans regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcək, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacaq”.

Son xəbərlər