Qardaş ölkənin yeni hərbi attaşesi Müdafiə Nazirliyində

post-img

Türkiyənin ölkəmizdə yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Zakir Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. O, türkiyəli hərbi attaşeyə Azərbaycan–Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

General-mayor G.Gören ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib. 

XQ

 

Son xəbərlər