Ədliyyə naziri Qazaxıstanda

post-img

Ədliyyə naziri Fərid Əhmədov Qazaxıstana səfəri çərçivəsində həmin ölkənin Ədliyyə naziri Azamat Yeskarayev ilə görüşüb. 

Görüşdə ortaq soykök və tarixi-mədəni əlaqələrə malik Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji tərəfdaş­lıq səviyyəsində davam etdiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçıları arasında sıx münasibətlər, eləcə də qarşılıqlı yüksək sə­viyyəli səfərlər ölkələr arasında əlaqələrə və ikitərəfli əməkdaşlığın inkişafına mü­hüm töhfə verir.

Görüşdə ədliyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, iki ölkə arasında müvafiq sahə üzrə müxtə­lif istiqamətlərdə əməkdaşlığın daha da ge­nişləndirilməsi, eləcə də müasir tendensiya və təcrübələrin öyrənilməsinin vacibliyi vurğulanıb. 

Görüş çərçivəsində “Azərbaycan Res­publikasının Ədliyyə Nazirliyi ilə Qazaxıs­tan Respublikasının Ədliyyə Nazirliyi ara­sında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Memorandum” imzalanıb.

XQ

Son xəbərlər