Dövlət Komitəsi Kəlbəcər rayonuna infotur təşkil edib

post-img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə videoqrafların Kəlbəcər və Ağdərə rayonu ərazisinə infoturu təşkil edilib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib. 

Qonaqlar səfər çərçivəsində Kəlbəcər şəhərini, qədim alban məbədi Xudavəng monastrını ziyarət edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə olub, videoçəkiliş ediblər. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.


Son xəbərlər