İnsafın olsun, ay külək!

post-img

Güclü külək Quba və Xaçmazda fəsadlar törədib. Quba şəhərinin 20 Yan­var küçəsində külək irigövdəli ağacı “Chevrolet” markalı avtomobilin üzə­rinə aşırıb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qubada və Xaçmazda külək elektrik təsərrüfatına da ziyan vurub. Xətlərin qırılması sə­bəbindən bir sıra yaşayış məntəqələrində enerjinin verilişi müvəqqəti dayandırılıb. Aidiy-yəti qurumların əməkdaşları fəsadların aradan qaldırılması üçün fəaliyyətə başlayıblar.

Şimal bölgəsində səhər saatlarından başlayan güclü külək davam edir.

XQ

Son xəbərlər