Əli Əsədov Serbiyanın xarici işlər naziri ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 2-də Serbiya Respublikasının Xarici İşlər naziri Marko Curiçlə görüşüb. 

Görüşdə yüksək inkişaf dinamikası ilə seçilən Azərbaycan–Serbiya əlaqələrinin dostluq və strateji tərəfdaşlıq xarakteri da­şıdığı məmnunluqla qeyd olunub.

İkitərəfli münasibətlərin möhkəmlən­dirilməsi və bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi vurğulanıb. 

Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bü­tövlüyü və suverenlik məsələlərində qarşı­lıqlı dəstəyi yüksək qiymətləndirilib. 

İki ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində səmərəli əməkdaş­lığın həyata keçirildiyi bildirilib. 

Görüşdə Azərbaycan ilə Serbiya ara­sında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tran­zit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektiv­ləri müzakirə olunub.

XQ

Son xəbərlər