Heydər Əliyev Fondu Şəkidə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə

post-img

Avqustun 26-da Heydər Əliyev Fondunun uşaqlar üçün keçirdiyi növbəti şənliyin ünvanı Şəki şəhəri olub.

Fondun Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində təşkil etdiyi şənlikdə azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, yay ovqatlı yaddaqalan bir gün keçiriblər. Təşkil edilən oyunlar - “Xəzinə ovu”, “Balonlu estafet”, “Sehrbaz” şou və digərləri uşaqların həm istirahətinin səmərəli təşkilinə, həm də inkişafına bir töhfə olub.















Son xəbərlər