Füzulidə sursat partlayıb...

post-img

Füzuli rayonunun Zərgər kəndi ərazisində sursat partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Na­zirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin birgə məlumatında deyilir.

Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Racu Mu­rad oğlu Aslanov mina və digər partlayıcı sursatlardan təmiz­lənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyati təhlükəsi yoxdur.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələri­nin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları əra­zilərə daxil olmamağa çağırır!", - məlumatda bildirilir.

XQ

Son xəbərlər