Naxçıvan MR Ali Məclisi büdcəyə əlavələri təsdiq edib

post-img

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik barədə layihə birinci oxunuşda söylənən düzəlişlər müzakirə edildikdən sonra qəbul edilib.

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik barədə layihəsi də müzakirə zamanı səslənən təklif və qeydlər nəzərə alınmaqla təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iclas iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb. 

XQ

 

Son xəbərlər