Baş prokuror paytaxtda qəbul keçirib

post-img

Avqustun 9-da Baş prokuror Kamran Əliyev Nəsimi Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhərinin Nəsimi rayonundan və digər bölgələrdən olan vətəndaşlarını qəbul edib.

Qəbulda iştirak edən 55 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib,  eləcə də “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olub. 

XQ

 

Son xəbərlər