FHN-də COP29 qərargahı

post-img

İyulun 4-də Fövqəladə Hallar Nazirliyində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.

Müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak ediblər.

Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası­nın Tərəflər Konfransının 29-cu sessiya­sının – COP29-un ölkəmizdə keçirilməsi barədə qəbul edilmiş qərarın Azərbayca­nın növbəti tarixi uğuru olduğunu vurğu­layıb. Nazir qeyd edib ki, dünyada ən mö­təbər beynəlxalq tədbirlərdən biri hesab olunan COP29-un Azərbaycanda keçiril­məsi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daim artan beynəlxalq nüfuz və qüdrətindən xəbər verir.

Sonra nazir COP29-la bağlı ölkəmizə gələcək çoxsaylı qonaqların, tədbirin ke­çiriləcəyi, eləcə də qonaqların yerləşəcə­yi məkanların və ətraf ərazilərin aidiyyəti təhlükəsizlik məsələlərinin yüksək səviy­yədə həll edilməsinin zəruriliyini bildirib. Bu məqsədlə FHN-də yaradılmış və na­zirliyin peşəkar əməkdaşlarından ibarət qərargahın fəaliyyətini qeyd edib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həl­linə dair Qərargah üzvlərinin görülmüş iş­lərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.

Son xəbərlər