Hərbi Prokurorluğun Lənkəran görüşü

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ili və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və DİN-in Daxili Qoşunlarının yüksəkrütbəli hərbi qulluqçuları Lənkəran şəhərində şəhər rəhbərliyinin iştirakı ilə tədbir keçiriblər.

Hərbi prokurorun böyük köməkçisi – mətbuat xidmətinin rəhbəri Firad Əliyev, ədliyyə polkovniki Fərəc Sayılov, Lənkə­ran hərbi prokuroru Elşən Əli-Məmmədov və başqaları çıxış edərək Ulu öndərin həyat və yaradıcılığından, xalqımız və dövlətimiz qarşısındakı müstəsna xid­mətlərindən danışıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanı­lan nailiyyətlərdən, görülən misilsiz işlərə Birinci vitse-prezident Mehriban Əliyeva­nın dəstəyindən və xalqın müdrikliyindən söz açıblar. 

Sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən danışılıb.

Sonda birgə ağaclar əkilib.

XQ

Son xəbərlər