Türkiyənin Qars şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Türkiyə Azərbaycan Assosiasiyaları Federasiyası və Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Assosiasiyası tərəfindən təşkil olunan “Qərbi Azərbaycana Qayıdış” Qars Forumu keçirilib.
TADEF üzvü Qars Assosiasiyasının sədri Nəbi Arıq, TADEF-in sədri vəzifəsini icra edən Pərviz Məmmədzadə, DİDK sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, Qars bələdiyyəsi başçısı professor Ötiken Senger çıxışlarında forumun əhəmiyyətindən danışıblar. Çıxışçılar bu toplantıların Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması və onların vətənlərinə dönmələri prosesinin gündəmdə saxlanılmasına töhfə verəcəyinə inandıqlarını bildiriblər.
Forumun ikinci hissəsində TADEF sədrinin müavini Səttar Kaya, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Hikmət Babaoğlu, Qafqaz Universitetinin professoru Hacəli Nəcəfoğlu, AMEA Tarix İnstitutunun əməkdaşı dosent Nazim Mustafa və Qafqaz Universitetinin professoru Mustafa Kop çıxış edərək, Qərbi Azərbaycan anlayışı və həqiqətləri, eləcə də Azərbaycanın haqlı tələbləri barədə məlumat veriblər.
XQ