Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş

post-img

Azərbaycana səfəri çərçivəsində Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabonenin başçılıq etdiyi arxeoloq və ekspertlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşü olub. 

Görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafın­dan məmnunluq ifadə edilib, müxtəlif sə­viyyələrdə reallaşan qarşılıqlı səfərlərin, o cümlədən 2002-ci ildə Papa II İohann Pavelin, 2016-cı ildə Papa Fransiskin ölkəmizə, Prezident İlham Əliyevin, birin­ci xanım, Heydər Əliyev Fondunun prezi­denti Mehriban Əliyevanın isə Vatikana səfərlərinin həm ikitərəfli əlaqələr, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, imzalanan sənədlərin münasibətlərimizin genişlənməsinə töhfə verdiyi qeyd edilib. 

Müzakirələr zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin fəaliy­yətindən, formalaşmış səmərəli əmək­daşlıqdan, birgə layihələrin icrasından məmnunluq ifadə edilib, hazırda da müş­tərək layihələr üzərində işlərin uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Vatikanda bir sıra bəşəri əhəmiyyət daşı­yan tarixi abidələrin Fond tərəfindən bər­pasının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində işlərin görülməsi ikitərəfli münasibətlərin dərinləşməsinə töhfədir. 

Paskal Yakabone görülən bütün işlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. 

Dini etiqad və vicdan azadlığının tam təmin olunduğu, çoxlu sayda dini icmanın fəaliyyət göstərdiyi, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zə­ruri şəraitin təmin edildiyi Azərbaycanda digər dini icmalara olduğu kimi, katolik icmaya da göstərilən diqqət, ölkəmizdə kilsə və məbədlərin, o cümlədən katolik kilsələrin bərpası istiqamətində görülən işlər yüksək dəyərləndirilib. 

Heydər Əliyev Fondunun icraçı direk­toru Anar Ələkbərov Fondun gələcəkdə də Müqəddəs Taxt-Tacla əməkdaşlıq çər­çivəsində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb. 

Görüşdə tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin bərpası istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətinə də nəzər salınıb. 

Vatikan Dövlətinin Müqəddəs Arxeo­logiya üzrə Pontifik Komissiyasının prezi­denti Monsenyor Paskal Yakabone hər 25 ildən bir Müqəddəs Taxt-Tacda keçirilən və növbəti mərasimin 2025-ci ilə təsadüf etdiyi Müqəddəs Yubiley İli ilə bağlı təd­birə Heydər Əliyev Fondunun da dəvətli olduğunu diqqətə çatdırıb. 

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ölkə­mizə səfəri çərçivəsində Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə gö­rüşüb. 

Görüşdə Heydər Əliyev Fondu ilə BMT arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, COP29 çərçivə­sində iki qurumun birgə fəaliyyətinə dair layihələr müzakirə edilib. 

Azərbaycanın bu il evsahibliyi edə­cəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının 29-cu sessiyası – COP29-un dünyada ekoloji problemlərin həlli baxı­mından uğurlu nəticələr verəcəyinə, bu tədbirin bəşəriyyət üçün yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həm­rəyliyi gücləndirmək, planetimizin gələ­cəyi üçün müsbət nəticələr əldə etmək istiqamətində növbəti addım olacağına əminlik ifadə olunub.

Qonaq daha sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olub. 

XQ



Son xəbərlər