ABŞ COP29-a dəstəyini əsirgəməyəcək

post-img

ABŞ Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu keçirilməsində dəstəkləyir. Bunu ölkəmizə səfər edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlərə açıqlamasında deyib.

ABŞ-nin Azər­baycanın bu razılaş­mada oynadığı rolu qətiyyətlə dəstək­lədiyini vurğulayan qonaq deyib ki, ölkəsi imkan daxi­lində bu məsələyə lazımi məsləhət və texniki dəstək verib. “Hesab edirik ki, iq­lim dəyişikliyi dünya üçün əsas problemdir. COP29 isə bərpaolunan enerji mənbələ­rinə keçidin sürətləndirilməsi və iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması üçün vacib olan bəzi məsələlər üzrə real irəliləyiş əldə etmək imkanı verir. Buna görə də Azərbaycanın bu istiqamətdə irəliləməsi bizi ruhlandırır”, – deyə Ceyms O’Brayn əlavə edib. 

XQ

Son xəbərlər