FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 6 ünvanında yerləşən Hüseynov Adil Əliş oğluna məxsus mebel istehsalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Məlumatı FHN mətbuat xidməti verib. 

Məlumata görə, obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürən vasitələrlə təchiz edilməyib, mövcud odsöndürən balonların tərkibi dəyişdirilərək yenisi ilə əvəzlənməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və c.

Qeyd olunanlar nəzərə alınaraq, mebel istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

 

P.ƏMİRCANOV

XQ





Son xəbərlər