Türkiyə freqatı Liviya sahillərində təlim keçirir

post-img

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “TCG Kemalreis” freqatı Liviya sahillərində helikopter eniş-uçuş və atış təlimləri keçirir. Məlumnatı Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən “Anadolu” verib. 

Məlumata görə,” TCG Kemalreis” freqatı Türkiyə Hərbi Dəniz Qüvvələrinin Əməliyyat Qrupunun Aralıq dənizindəki missiyasında iştirak edir.

Müdafiə Nazirliyi qeyd edir ki, freqatın ekipajı Liviya sahillərində təlimlərdə iştirak edir. Təlim zamanı “TCG Kemalreis” eniş-uçuş təlimi və müxtəlif növ silahların atışlarını həyata keçirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya