Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Zəngəzur Milli Parkı-Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festival-konqres iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.

Qeyd edək ki, Batabat yaylağında Qərbi Azərbaycanın 11 mahalını canlandıran çadırlar qurulub. Festival-konqres çərçivəsində rəsmi çıxışlar, 2023-cü ildə keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqreslə bağlı videoçarxın, kompozisiyaların nümayişi, konsert proqramı nəzərdə tutulub. Həmçinin “Qərbi Azərbaycana qayıdış” olimpiadası qaliblərinin mükafatlandırılması olacaq, Qərbi Azərbaycan mətbəxinə məxsus nümunələr göstəriləcək, kitab, jurnal, monoqrafiyalar, qəzetlər, rəsm, memarlıq sərgiləri nümayiş etdiriləcək, konqresin bölmə iclasları keçiriləcək. Eyni zamanda, Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq.







Son xəbərlər