Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov İtaliya Respublikasına səfərə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən məlumatda bildirilir ki, A.Qurbanov Romada İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb.
Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
XQ