Mbappeyə Fransa millisinin rəngində maska ​​taxaraq oynamaq qadağan edilib

post-img

AVRO-2024-də Avstriya ilə matçda Fransa millisinin futbolçusu Kilian Mbappe milli bayrağın rənglərində qoruyucu maska ​​taxaraq oynamayacaq. Bu barədə RMC Sport portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Real Madrid”in 25 yaşlı forvardının Hollandiya ilə ikinci tur matçında rəngli maska ​​taxaraq meydana daxil olmasını qadağan edəcək. 

İlk turda Fransa Avstriyaya 1:0 hesabı ilə qalib gəlib.

Əvvəlcə mətbuatda Mbappenin burnunun sınması və zədə səbəbindən təcili əməliyyata ehtiyac olacağı barədə məlumatlar yayılsa da, sonradan əməliyyatla bağlı məlumat Fransa Futbol Federasiyası tərəfindən təkzib edilib.

Fransa qrup mərhələsinin ikinci turunun matçını Hollandiyaya qarşı keçirəcək. Oyun iyunun 21-i Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. 

S.ELAY

XQ

İdman