Parlamentlərarası İttifaqda COP29 müzakirəsi

post-img

Dünən Parlamentlərarası İttifaq “COP29-a hazırlıq: iqlim dəyişikliyi üzrə parlamentlərarası dialoq” mövzusunda onlayn iclas keçirib.

Müzakirəyə qoşulan Milli Məclisin deputatı Soltan Məmmədov Azərbaycanın iqlim dəyişikliyi probleminin həllində və yaşıl enerjiyə keçiddə verdiyi töhfələri vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmiz bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşuna görə liderlər sırasındadır.

Deputat COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament toplantısının əhəmiyyətindən söz açıb, bu platformanın parlamentarilərə fikir mübadiləsi aparmağa, iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə mühüm imkanlar yaradacağına inamını ifadə edib. O, COP29-la bağlı məlumat verib, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

XQ

 

Son xəbərlər