Özbəkistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkəmizin mədəniyyət naziri Adil Kərimlini qəbul edib. 

Görüşün əvvəlində Adil Kərimli Şavkat Mirziyoyevə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. 

 Söhbət zamanı Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləriin, həmçinin humanitar sahədə əlaqələrin gələcək inkişafı məsələləri müzakirə olunub. 

Şavkat Mirziyoyev son illərdə mədəni mübadilənin genişlənməsindən məmnun olduğunu bildirib. Qeyd olunub iki, bu ilin əvvəlində Bakıda Özbəkistanın elm və mədəniyyət güünləri uğurla keçirilib. 

Görüşdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək mədəni təbdirlər haqqında məlumat verilib, müxtəlif sərgilərin, teatr taamaşalarının və başqa tədbirlərin baş tutacağı bildirilib.  “Yol xəritəsi”nə əsaslanaraq intensiv dialoq və zəngin mədəni tədbirlər proqramımn davam etdirilməsinin, UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə təşəbbüs və layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər