Xətai Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə paytaxt sakinləri Osman Məmmədov, Şəmsəddin Abdullayev və Elşən Əskərov saxlanılıb.
DİN mətbuat xidmətinin məlumatına görə, onlardan 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanıb.
Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin, Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində keçirilən tədbirlərlə 57 fakt qeydə alınıb. Qanunsuz dövriyyədən 34 kiloqram narkotik vasitə və psixotrop maddələr çıxarılıb.
P.ƏMİRCANOV
XQ