Xarici QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayıb

post-img

ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq COP29-a ev sahibliyi edən ölkəmizə güclü dəstək ifadə ediblər. 

14 ölkədən 30 nüfuzlu QHT rəhbərinin imzaladığı müraciətdə bildirilir:

“Biz, aşağıda imzası olan vətəndaş cəmiy­yəti təşkilatları və ictimai fəallar 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda ke­çiriləcək COP29-un vacibliyini vurğulayırıq. Bu tədbir böyük gözləntilər daşıyır. COP29-a ev sahibliyi edən Azərbaycanın bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildi­yi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu mühitin ya­radılmasına sadiqlik nümayiş etdirir.

İnklüziv və birgə iqlim fəaliyyətinin tərəfdarları kimi, biz QHT-lərin COP29-da iştirakının vacib əhəmiyyətinə qəti şəkil­də inanırıq. QHT-lər öz icmaları ilə dərin əlaqələri olan maraqlı tərəflər kimi çıxış edərək COP29-da müzakirə və qərar qəbulet­mə proseslərini zənginləşdirən özünəməxsus fikir, təcrübə və perspektivlər təklif edir. On­ların iştirakı iqlim böhranını həll etmək üçün kollektiv öhdəliyi gücləndirərək sahiblənmə, məsuliyyət və həmrəylik hissini gücləndirir.

Planetimiz üçün ümidli gələcəyə dəstək səylərində Azərbaycan Milli QHT Forumu, COP29-un Sədrliyi və Azərbaycan ilə həmrəy olduğumuzu bəyan edirik”.

XQ

Son xəbərlər