Milli Məclisdə dekolonizasiya mövzusunda konfrans

post-img

Mayın 30-da Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

Müzakirəni giriş sözü ilə açan Milli Məclis sədrinin birinci müavini Əli Hüseyn­li Azərbaycan dövlətinin və xalqının neoko­lonializm siyasətinə qarşı hər zaman ciddi müqavimət göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının xüsusilə, Qo­şulmama Hərəkatına sədrliyi dövründə Pre­zident İlham Əliyevin bu problemlə bağlı beynəlxalq səviyyədə apardığı müzakirələrin vacibliyini vurğulayıb. Nəzərə çatdırıb ki, Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir.

Qeyd olunub ki, son dövrlər BMT Baş Assambleyası çərçivəsində bir sıra müsbət qərarlar qəbul edilib. BMT Baş Assambleya­sının 17 may 2013-cü il tarixli “Fransız Poli­neziyasının öz müqəddəratını təyinetmə” adlı qətnaməsində bu xalqın öz müqəddəratını təyin etməsi və müstəqillik qazanması onun əsas hüququ kimi göstərilib. BMT Nizam­naməsinə və Baş Assambleyanın qətnamələ­rinə görə bu gün artıq Maohi Nui xalqı öz müqəddəratını təyinetmə hüququna malikdır. Bu məsələdə Azərbaycan daim ədalətin və Maohi Nui xalqının yanındadır.

Fransız Polineziyası nümayəndə heyəti­nin rəhbəri, “Tavini Huiraatira” partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu Fran­sanın BMT qətnamələrinə məhəl qoymadığı­nı, nüvə sınaqlarını davam etdirmək istədiyi­ni bildirib. O, diqqətə çatdırıb ki, apardıqları mübarizə xalqlarının mövcudluğu uğrunda savaşıdır.

Hüquq siyasəti və dövlət quruculuğu ko­mitəsinin üzvü Nizami Səfərov, Bakı Təşəb­büs Qrupunun icraçı direktoru Abbas Abba­sov, Milli Məclisin komitə sədrləri Səməd Seyidov, Ziyafət Əsgərov, Zahid Oruc, Fazil Mustafa Azərbaycan dövlətinin və xalqının humanizm və ədalətlilik prinsiplərinə əsasla­naraq Fransanın kolonializm siyasətinə qarşı mübarizə aparan ölkələrə dəstək verdiyini bildiriblər. 

Fransa Polineziyası nümayəndə heyətinin üzvləri Marania Vaianui, Klif Lusan, Tevai­paea Hoiore, Lüdovik Vanie, Heinui Lö Kay, Mariel Kohumoetini, Morea Mamatuaiahu­tapu Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün ya­radılan şəraitə görə təşəkkürlərini bildiriblər. 

Əli Hüseynli müzakirələrə yekun vuraraq Azərbaycan dövlətinin və xalqının Fransız Polineziyasının hüquqlarının qorunmasında və müstəqillik uğrunda mübarizəsində öz dəstəyini davam etdirəcəyini bildirib.

***

Dünən Milli Məclisdə Fransız Polineziyası (Maohi Nui) nümayəndə heyətinin ölkəmizə səfərinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Maohi Nui nümayəndə heyətinin rəh­bəri, Tavini Huiraatira Partiyasının baş ka­tibi Viktor Mamatuaiahutapu yüksək qo­naqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkürünü bildirib, keçirilən görüşlər və tədbirlər barədə təəssüratlarını bölüşüb.

Viktor Mamatuaiahutapu və Fransız Po­lineziyası Assambleyasının Büdcə və ma­liyyəyə nəzarət komissiyasının sədri Morea Mamatuaiahutapu jurnalistlərin suallarını cavablandırıblar.

Qonaqlar XX əsrdə neokolonializmdən əziyyət çəkən ölkələrdən biri olan Maohi Nuinin dekolonizasiya istiqamətində atdı­ğı addımlar, apardığı mübarizə barədə mə­lumat verib, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinə ver­diyi dəstəyə görə Azərbaycan hökumətinə və Bakı Təşəbbüs Qrupuna öz təşəkkürlərini bildiriblər.

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov jurnalistlərin su­allarına cavabında bildirib ki, Azərbaycanın müstəmləkəçilik əsarəti altında olan xalqların dekolonizasiya mübarizəsinə dəstək verməsi beynəlxalq hüquqa, BMT-nin qətnamələ­rinə, Qoşulmama Hərəkatının ana prinsip­lərinə əsaslanır. Abbas Abbasov Fransız Polineziyasının dekolonizasiya hərəkatının da beynəlxalq hüququn norma və prinsiplə­rinə, BMT-nin sənədlərinə uyğun olduğunu vurğulayıb.

XQ

Son xəbərlər