Fransız Polineziyasının nümayəndə heyəti Azərbaycanda

post-img

Mayın 30-da Viktor Mamatuaiahutapunun başçılıq etdiyi Maohi Nuinin (Fransız Polineziyasının) nümayəndə heyəti Milli Məclisdə olub. 

Nümayəndə heyəti ilə görüşdə Milli Məc­lis sədrinin birinci müavini, Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan dövlətinin beynəlxalq aləmdə neokolonializm siyasətinə qarşı daim barış­maz mövqe nümayiş etdirdiyini bildirib. 

Müstəmləkəçiliyə qarşı mübarizənin Pre­zident İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin tərkib hissəsi olduğunu deyən Əli Hüseynli vurğulayıb ki, ölkəmiz Qoşul­mama Hərəkatına sədrliyi dövründə neoko­lonializmə qarşı güclü koalisiya yaratmağa, müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların azadlıq mübarizəsinə dəstək göstə­rilməsinə nail olub. 

Görüşdə Maohi Nuinin fransız müstəm­ləkəçiliyinə qarşı apardığı ardıcıl mübarizəyə dəstək ifadə olunub, Azərbaycan dövlətinin və xalqının daim bu ölkənin yanında oldu­ğu, onun azadlıq mübarizəsini dəstəklədiyi diqqətə çatdırılıb. 

Qeyd edilib ki, neokolonializm siyasəti həyata keçirən ölkələrin önündə bu gün Fran­sa gəlir. Fransa Azərbaycan torpaqlarının Er­mənistan tərəfindən 30 ilə yaxın davam edən işğal siyasətini də yaxından dəstəkləyib. 

Görüşdə Fransanın müstəmləkəçilik keç­mişindən danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, XXI əsrdə Fransanın müstəmləkəçilik si­yasətinə son qoyulmasının vaxtı çoxdan çatıb. 

Maohi Nui nümayəndə heyətinin başçısı Viktor Mamatuaiahutapu ölkəmizə səfərini əlamətdar adlandırıb. 

Fransanın əsrlər boyu həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində ölkə­sində demokratiyanın boğulduğunu, insan hüquqlarının kobud şəkildə pozulduğunu deyən qonaq bildirib ki, Fransa Maohi Nuinin müstəqillik əldə etmək istiqamətində apardığı mübarizəyə əngəllər törətməyə davam edir, dialoqdan qaçır. O qeyd edib ki, Maohi Nui xalqı öz azadlıq mübarizəsini sonadək davam etdirəcək.

Son xəbərlər