Azərbaycan–Pakistan strateji tərəfdaşlığı genişlənir

post-img

Mayın 30-da xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidentinin vəzifələrini icra edən, Senatın sədri Sayed Yusuf Raza Gilani ilə görüşüb.

Dost və qardaş Pakistana rəsmi səfəri zamanı göstərilən qonaqpər­vərliyə görə təşəkkür edən nazir ölkələrimiz arasında bu kimi səfər və təmasların mövcud strateji tərəf­daşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycan və Pakistan ara­sında zəngin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində çoxtərəfli əməkdaş­lıq gündəliyinin uğurlu inkişafının məmnunluq doğurduğu qeyd olu­nub. Xüsusilə, müdafiə, iqtisadiy­yat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommu­nikasiyalar, turizm kimi sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gün­dəliyinin, habelə inkişaf üçün po­tensialın mövcudluğu vurğulanıb. 

Regional və beynəlxalq təşki­latlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İs­lam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Təd­birləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı dəstək və fəaliyyət məm­nunluqla qeyd olunub. 

Postmünaqişə dövründə möv­cud regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıran Cey­hun Bayramov keçmiş münaqişə zamanı, habelə hazırkı şəraitdə göstərilən siyasi və mənəvi dəstəyə görə Pakistana təşəkkür edib. 

Ceyhun Bayramov, eyni za­manda, BMT-nin İqlim Dəyişikli­yi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessi­yasına (COP29) hazırlıq və danı­şıqlar prosesi barədə qarşı tərəfi məlumatlandıraraq iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdi­yimizi bildirib.

***

Həmin gün xarici işlər nazi­ri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərif ilə görüşüb.

Görüş zamanı tərəflər Azər­baycanla Pakistan arasında möv­cud strateji əməkdaşlığın səviyyə­sindən məmnunluq ifadə edərək yüksək səviyyəli qarşılıqlı səfərlə­rin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıblar. Həmçinin iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliy­yat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. 

XQ

Son xəbərlər