İstiqlalımız – iftixarımız

post-img

Dünən Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 28 May Müstəqillik Günü qarşısında “Yaşa, yaşa, çox yaşa!” adlı ədəbi-musiqili toplantı keçirilib.

Məclisi giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov müsəlman Şərqində ilk demokratik par­lament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, milli istiqlalımızın gerçəkləşməsi ilə bağ­lı 23 ayda atdığı addımlardan söz açıb. Alim dövlət müstəqilliyinin ömrünün qısa olmasına baxmayaraq, görülən işlərin demokratik dövlətçilik ənənələrinin for­malaşması baxımından mühüm əhə­miyyət kəsb etdiyini söyləyib, bu dövrü tariximizin şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Daha sonra bildirilib ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra mürəkkəb siyasi proseslər və keşməkeşli tarixi hadisələr yaşansa da, məhz ulu ön­dər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan öz müstəqilliyi­ni qorudu və əbədiləşdirdi. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Pre­zident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində hazırda ərazi bütövlüyü və su­verenliyi tam təmin edilmiş Azərbaycan gündən-günə daha da güclənən qüdrətli dövlətə çevrilib.

Fəlsəfə doktoru Cəmilə Dəmiro­va Azərbaycanın milli istiqlal uğrunda qələmi, düşüncəsi ilə mübarizə aparmış Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun məfkurəvi mübarizəsindən danışıb.

Məclisdə Bakı məktəbliləri Məhəm­məd Əmin Rəsulzadənin “Əsrimizin Si­yavuşu”, Hüseyn Cavidin “İblis”, Cəfər Cabbarlının “Ədirnə Fəthi”, Üzeyir Ha­cıbəylinin “Bisavad və basavad” əsərlə­rindən parçaları, AXC dövründə yaran­mış şeir və musiqiləri təqdim ediblər. Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədovanın for­tepianoda müşayiəti ilə müğənni Cavid Hüseyn ifasında “Ölkəm” və tələbə İsma­yil Məmmədovun ifasında “Çırpınırdın, Qara dəniz” mahnıları iştirakçıları duy­ğulandırıb, hamıya istiqlalımızdan doğan öyünc yaşadıb.

Qabil YUSİFOĞLU
XQ



Son xəbərlər