Soydaşımıza Türkiyənin “Vəfa Mükafatı” verildi

post-img

Türkiyənin Dəyanət İşləri İdarəsi və bu ölkənin Diyanət Vəqfinin təsis etdiyi “7-ci Beynəlxalq Xeyirxahlıq Mükafatları” Prezident Rəcəb Tayyib Ərdoğan və Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaşın iştirakı ilə keçirilən mərasimdə sahiblərinə təqdim edildi. Mükafat alanlar sırasında azərbaycanlı Sərvər Bəşirli də var. 

Türkiyənin ölkəmizdəki səfirliyin­dən XQ-yə bildirildi ki, 2023-cü il fevral ayının 6-da Türkiyənin yaşadığı əsrin fəlakətində - Türkiyə zəlzələsindən dər­hal sonra Bakıdan minik avtomobilinə yüklədiyi yardımlarla yola çıxan Sərvər Bəşirli o zaman xeyriyyəçiliyin ən gözəl nümunələrindən birini nümayiş etdirmiş­di. Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağları, qardaşlığı daha da möhkəmləndirib könlümüzdə yuva quran Sərvər Bəşirliyə Prezident Rəcəb Tayyib Ərdoğan “Vəfa mükafatı” təqdim edib. 

Mərasimdə qeyd edilib ki, Türkiyə ilə Azərbaycan qardaşlığı ürəklərimizdə o qədər dərin kök salıb ki, hər iki tərəfdə də bir-biri üçün gözünü qırpmadan canı­nı fəda etməyə hazır minlərlə insan var. Qardaşlığımız sözdə deyil, əməldə də davamlıdır. 

Sərvər Bəşirli isə deyib: “Mən, sə­dəcə, qardaşlarıma yardım etmək üçün yola çıxmışdım. Avtomobilim köhnə olsa da, ürəyimdə olan qardaşlıq hissləri təzə və güclü idi. Qardaşlarımıza kömək et­mək bizim vəfa borcumuzdur” 

XQ

Son xəbərlər