Yeddi dələduz saxlanılaraq istintaqa təhvil verilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də dələduzluğa görə axtarışda olan 7 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib. Məlumatı DİN mətbuat xidməti verib. 

Mayın 16-da Bakı şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 150.000 manatının alınması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş T.Süleymanov və əvvəllər məhkum olunmuş F.Aslanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər