“Yaşıl” gələcəyə innovativ dəstək

post-img

Ədliyyə Nazirliyində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Ədliyyə nazirinin müavini Eldar Nuriyev bütün sahələrdə dina­mik inkişaf edən Azərbaycan Respublikasında son illər hə­yata keçirilən çoxşaxəli, müasir çağırışlara cavab verən islahat­ların uğurlu nəticələr verdiyini, ölkəmizin beynəlxalq nüfuz və mövqelərinin möhkəmləndirini bildirib. Ötən 20 ildə demokra­tik dəyərlərin cəmiyyətdə daha da möhkəmləndiyini, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələr verdiyini, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyini, beynəlxalq təşkilatlarla əmək­daşlığın yeni müstəvidə davam etdirildiyini diqqətə çatdıran na­zir müavini ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi tədbirlərinin də xüsusi diqqət mərkəzində olduğunu vurğula­yıb. 

E. Nuriyev xüsusi vurğula­yıb ki, ölkəmiz regionun iri neft və qaz hasilatçılarından biri kimi müasir dünyanın yeni çağırışla­rını əsas tutaraq, malik olduğu alnernativ enerji mənbələrindən səmərəli istifadə istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu sahədə reallaşdırılan təd­birlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsi olaraq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfran­sının 29-cu sessiyasının bu ilin noyabr ayında Azərbaycanda keçirilməsinə qərar verilib. O, həmçinin bildirib ki, nazirlik qlo­bal beynəlxalq tədbirə hazırlıqla bağlı üzərinə düşən vəzifələri reallaşdırır, vətəndaşların eko­logiya hüququ sahəsində maa­rifləndirilməsi istiqamətində mü­vafiq tədbirlər görür.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarə­çilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Pre­zident İlham Əliyevin innovativ dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzu­sunda məruzə edib. Rektor qeyd edib ki, Azərbaycanda innovativ inkişafın əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Urxan Ələkbərov ölkəmizdə qazanılan nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi oldu­ğunu deyib. Əlavə edib ki, Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən inamla və yaradıcı surətdə davam et­dirilir. Prezident İlham Əliyevin Azərbaycanın dinamik inkişafı­na, ərazi bütövlüyünün və suve­renliyinin tam bərpasına imkan yaradan iqtisadi islahatlar stra­tegiyası ölkənin təbii sərvətlərin­dən, intellektual resurslarından səmərəli istifadəyə əsaslanır. Elmi əsaslara söykənən bu isla­hatlar iqtisadi potensialına görə, dünyada 62-cı yerdə qərarlaşan Azərbaycanın 25 ən inkişaf et­miş, biznes üçün əlverişli mü­hitinin mövcud olduğu qabaqcıl ölkələr sırasında yer tutmasını təmin edib. 

Akademik çıxışında vur­ğulayıb ki, Azərbaycan qlobal miqyasda aktual olan “yaşıl enerji”, karbonsızlaşdırma, hid­rogen istehsalı kimi layihələrin reallaşdırılmasının əsas təşəb­büskarlarından birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü il 21 ok­tyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respub­likasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” bu sahədə yol xə­ritəsi müəyyənləşdirərək, bərpa olunan enerji mənbələrindən is­tifadə məqsədilə əsaslı tədbirlə­rin həyata keçirilməsinə imkan­lar açıb. 

“Beynəlxalq Enerji Agent­liyi tərəfindən plana əsasən, 2050-ci ilədək dünya ölkələri tərəfindən atmosferə atılan kar­bon emissiyalarının tam şəkildə qadağan edilməsi nəzərdə tu­tulur. Paris İqlim Sazişini ratifi­kasiya edən Azərbaycan baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti ya­radan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı könüllü öhdəlik götü­rüb və artıq bu öhdəliyi 40 fa­izə çatdırıb” – deyən akademik U.Ələkbərovun sözlərinə görə, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkə­si” kimi müəyyən edilməsi, azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası, 2024-cü ilin “Ya­şıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparı­lan məqsədyönlü dövlət siyasə­tinin təzahürüdür. 

Rektor bildirib ki, iştirakçıla­rın sayına, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyanın ən mötəbər tədbirlər­dən hesab edilən COP29-un Azərbaycanda keçirilməsi barə­də qərarın qəbulu ölkəmizin si­yasi və iqtisadi nüfuzunun, alter­nativ enerji istehsalı sahəsində zəngin potensiala malik olma­sının göstəricisidir. Dövlət baş­çımızın “Azərbaycan Respub­likasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zona­sının yaradılması ilə bağlı təd­birlər haqqında” 3 may 2021-ci il tarixli sərəncamı bu sahədə yeni müasir konseptual yanaşmaları özündə əks etdirir: “Hesablama­lara görə, Azərbaycanın quru­da 27 qiqavatdan çox Külək və Günəş enerjisi, Xəzər dənizində 157 qiqavat həcmində Külək enerjisi potensialı mövcuddur Qarabağ və Şərqi Zəngəzurda Külək, Günəş və hidroenerji po­tensialı 10 qiqavatdan çoxdur. Bu potensial ölkədə ekoloji mü­hitin yaxşılaşdırılması və turizm cəlbediciliyinin artırılması ilə yanaşı, elektrik ixracı potensia­lının yüksəldilməsi baxımından da mühüm dividendlər vəd edir. 

Tədbirdə çıxış edən digər şəxslər də COP29-un Azər­baycanda keçirilməsinin, bu sahədə maarifləndirici tədbirlə­rin əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, noyabr ayında Azərbaycanda keçiriləcək bey­nəlxalq tədbir respublikamızın yaşıl enerjiyə keçid strategi­yasının dünyaya təqdimatı, bu sahəyə xarici sərmayələrin cəlbi baxımından çox səmərəli ola­caqdır.

XQ



Son xəbərlər