VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel sessiyalar

post-img

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 2-də işini sessiyalarla davam etdirib.

Forum çərçivəsində Azərbaycanın Məra­keş Krallığındakı, eyni zamanda, Qambiya­dakı səfiri Nazim Səmədovun moderatorluğu ilə “Üfüqləri birləşdirərək: İpək yolu proqra­mının müasir trendləri və qlobal təsiri” möv­zusunda 8-ci panel sessiya keçirilib. 

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında tarixi İpək yolunun bər­pasının Avropa, Qara dəniz, Xəzər dənizi və Asiya regionlarında təbii ehtiyatlardan isti­fadəyə və qarşılıqlı faydalı əməkdaşlığa hər zaman kömək etdiyini bildirib. Azərbaycanın mövcud zəngin təbii xammal ehtiyatı və Av­ropadan Asiyaya uzanan ticarət yollarında əlverişli coğrafi mövqedə yerləşməsi onun dünya birliyində nüfuzunun güclənməsinə imkan verib. 

Beynəlxalq Türk Akademiyasının prezi­denti akademik Şahin Mustafayev qeyd edib ki, İpək yolu mövzusu bir sıra dövlətlər üçün böyük maraq kəsb edir. İpək yolu tarixi feno­menlərdən biridir. 

“Odlar yurdu Azərbaycan hələ antik dövrlərdə Böyük İpək yolu zəncirində olduq­ca önəmli, strateji mövqeyə malik bir region kimi qiymətləndirilib. Şərq və Qərb ölkələri arasında ticarət yollarının ölkəmizin ərazisin­dən keçməsi Azərbaycanın bölgənin siyasi və iqtisadi inkişafında önəmli rolunu artırıb, - deyə Ş.Mustafayev əlavə edib.

UNESCO-nun İpək yolu üzrə nümayən­dəsi Mehrdad Shahabang bildirib ki, İpək yolu tarixən texnoloji biliklərin ötürülməsin­də müstəsna rol oynayıb. 

Şri-Lankanın UNESCO yanında dai­mi səfiri xanım Manişa Qunasekera İpək yolunun inkişafında Çinlə yanaşı, müxtəlif bölgələrin də böyük rol oynadığını diqqətə çatdırıb. 

Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışına da toxunan Manişa Qunasekera bildirib ki, Azərbaycanın baxış­ları “Bir kəmər, bir yol” təşəbbüsünün ümu­mi vizionu ilə də üst-üstə düşür.

Qazi Universiteti Təhsil fakültəsinin Sosial elmlər təhsili bölməsinin professoru Bülent Aksoy diqqətə çatdırıb ki, Çindən başlayaraq Anadolu və Aralıq dənizindən keçib Avropaya uzanan İpək yolu əsrlər boyu Şərqlə Qərb arasında ticarət mallarının da­şınmasını təmin edıb. Aralarında Türkiyənin də olduğu 65 ölkənın iştirak etdiyi bu layihə dünya əhalisinin 60 faizə yaxınını, yəni təx­minən 4,4 milyard insanı əhatə edir. Layihə­nin ən mühüm məqsədlərindən biri dəmir və quru yolları, dəniz və hava limanları, qaz kəmərləri və digər infrastruktur layihələri həyata keçirərək qitələrarası inteqrasiyanı tə­min etməkdir. 

***

Forum çərçivəsində Azərbaycanın mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə Mədəni liderlərin konsultativ görüşü – “Mədəni dip­lomatiya təcrübədə: mədəniyyətlərarası an­laşmanın inkişafı” mövzusunda panel iclas keçirilib.

C.Səlimxanov mədəniyyət diplomati­yasının artıq yumşaq gücə çevrildiyini qeyd edib. “Biz SSRİ-də yaşayan insanlar kimi bunu daha yaxşı bilirik. Biz bu mədəni tə­sirlərdən necə qorunmaq, yumşaq gücə qarşı müdafiə mexanizmi barədə fikirləşməliyik”, - deyə C.Səlimxanov vurğulayıb.

Malayziya Senatının sədri Mutang Tagal deyib ki, qloballaşma prosesində mədəniy­yətlərarası sərhədlər daha tez silinir. Hər bir ölkə həm ölkədaxili, həm də xaricdə sülh və mehriban münasibətlərin qurulmasının tərəf­darıdır. 

Rusiya Milli Musiqi Muzeyinin baş di­rektoru Mixail Brizkalov mədəniyyət diplo­matiyasının yayılmasında musiqinin müstəs­na rolunu qeyd edib. O bildirib ki, musiqi sərhəd tanımır. Əgər fərqli mədəniyyətlərə malik insanlar bir-birinin mahnılarını din­ləyə, paylaşa bilirsə, bu, digər sahələrdə də sınanmalıdır.

Westminster Universitetinin dosenti xa­nım Yemisi Sloane Laura bildirib ki, multi­kulturalizm sülhün əsasını təşkil edir. Mədə­niyyət diplomatiyası sərhədləri aşır və digər mədəniyyəti qəbul etməyə çağırır. “Mən Ba­kıda bu iki gün ərzində Azərbaycan yeməklə­rindən daddım və çox bəyəndim. Qərara gəl­dim ki, bu mədəniyyətlə daha yaxından tanış olum. Problem mədəniyyətdə deyil, iyerarxi­yada və özünü digərindən üstün tutmaqdadır. Digər mədəniyyətləri öyrənməklə yanaşı, on­ların ideologiyasını da mənimsəmək lazım­dır”, - deyə Yemisi Sloane Laura vurğulayıb.

Rusiya Dövlət Kitabxanasının baş direk­toru Vadim Duda isə çıxışında bildirib: “Bu gün biz danışırıq, müzakirələr aparırıq. Lakin düşünürəm ki, biz danışmaqdan daha çox iş görməyə çalışmalıyıq.

Prezident İlham Əliyev çıxışında çox vacib bir məsələyə diqqət çəkdi - suveren­lik. Suverenlik təkcə ölkəyə aid deyil. On il sonra alimlər və tədqiqatçılar bugünkü günə dair mövzularla bağlı araşdırma aparmaq istəsələr, çox böyük çətinliklə qarşılaşacaq­lar. Çünki bu gün artıq heç kim qəzet oxu­mur, hamı informasiyaları ağıllı telefonlar, planşetlər vasitəsilə alır. Təklif edirəm ki, biz birləşərək gələcəkdə də istifadə edə biləcəyi­miz etibarlı resurs yaradaq”. 

Yalovdan Haddassah Akademik Kolle­cinin elmi işçisi Elina Bardaç özünü bir sıra mədəniyyətlərin birləşməsinin təcəssümü he­sab etdiyini deyib. 

Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski deyib ki, hər il Rusiyada teatr festivalı keçirilir. Azərbaycan, Tacikis­tan, Qırğızıstan və digər ölkələrin teatrların­dan tələbələr festivala gəlirlər və bir-birinə çox mehriban, dostcasına davranırlar. 

Qrabar İncəsənət Qoruğu Mərkəzinin direktoru Dmitri Sergeyev mədəniyyət dip­lomatiyasının xalqlar arasında müsbət is­tiqamətdə yayılmasının önəmini vurğulayıb.

Mərmərə Qrupu Strateji və Sosial Araş­dırmalar Vəqfinin sədri Akkan Suver qeyd edib ki, fərqli mədəniyyətlərə, dinə və irqə mənsub insanların bir arada yaşamaları yal­nız dialoq, qarşılıqlı anlaşma, hörmət və bir­gə yaşayışa səy göstərməkdən keçir. 

Birləşmiş Millətlər Universitetinin Si­yasət əsaslı Elektron İdarəetmə üzrə əməliy­yat bölməsində baş köməkçi ekspert Səlim Qriqori Zuğbi isə bildirib ki, dünyada sülh yalnız qarşılıqlı hörmət və anlayış nəticəsin­də bərqərar ola bilər.

***

Forumu çərçivəsində “Peace4Culture Qlobal Çağırışı: Mərkəzi Asiya və Qafqazda BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) Gənc Sülh Qurucuları Proqramının işə salın­ması” mövzusunda panel sessiya keçirilib. 

Sessiyaya Gənc Sülh Qurucuları Proqra­mının idarə olunması üzrə mütəxəssis Dana Podmolikova moderatorluq edib. 

Panel sessiyada çıxış edən BMTSA-nın gənc sülh qurucusu Denis Adesina Daniel Mədəniyyətlərarası Dialoq Forumunun gənclər üçün böyük təcrübə olduğunu deyib. “Dünyada baş verən münaqişələrin həlli üçün aparılan müzakirələr mənim üçün olduqca faydalı oldu. Xüsusilə, qadınların hüquqları ilə bağlı məsələlərə, onların dəstəklənməsi üçün səslənilən fikirlərə və təşəbbüslərə nail olmaq lazımdır”, - deyə o bildirib.

Sülh qurucusu Anand Junior çıxışında Mədəniyyətlərarası Dialoq Forumunun möv­zusunun çox əhatəli olduğunu vurğulayaraq qeyd edib ki, forumda iştirak edən gənclər müxtəlif bilik və bacarıqlara yiyələniblər. Siyasətdə gənclərin rolundan da danışan sülh qurucusunun fikrincə, siyasətdə gənclərə də yer verilməlidir.

Sonra sülh qurucusu Hazhir Aljaf çıxış edib. Gənc Sülh Qurucuları Proqramının kar­yerasına təsirlərindən danışan Hazhir Aljaf deyib: “Dünyanın bir çox ölkəsindən olan yeni dostlar tapmaq, insanları tanımaq, onla­rın mədəniyyətlərini kəşf etmək mənim üçün inanılmaz təcrübə olub”. 

Sülh qurucusu Dania Abraham isə çıxı­şında gənclərin dəyişikliyə hər zaman hazır olduğuna diqqət çəkib. “Onlar fərqli rəy­ləri eşitməyə, müzakirələrə hazırdır. Təklif edirəm ki, gənclərin yeni ideyaları, yaşlı nəslin təcrübələri ilə birləşsin. Nəsillər arası əməkdaşlıq yaransın”, - deyə o diqqətə çat­dırıb.

*** 

“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” mövzusunda ke­çirilən panel sessiyaya ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqra­mının rəhbəri Şəfəq Mehrəliyeva moderator­luq edib.

Şəfəq Mehrəliyeva çıxışında bildirib ki, rəqəmsallıqla xarakterizə edilən bir dövrdə sosial media platformaları ünsiyyət, qarşılıq­lı əlaqə və məlumatın yayılması üçün güclü alətdir. Sosial media insanları coğrafi və mə­dəni sərhədlər boyunca birləşdirmək potensi­alına malik olduğu kimi, bölünmələri, stere­otipləri və qütbləşməni də gücləndirə bilər.

Panel sessiyada çıxış edən İslam Əmək­daşlıq Təşkilatının Mədəniyyət departamen­tinin rəhbəri Luçin Razoui deyib ki, texno­logiyalar, sosial media sürətlə inkişaf edir. Fərqli din, dil, irq və mədəniyyətlərə sahib olan insanlar medianın yaratdığı virtual mə­kanlarda bir araya gəlirlər.

“Düşünürəm ki, forum sosial mediada ya­ranan mənfi halların aradan qaldırılmasına öz töhfəsini verəcək. Eyni zamanda, qonaqpər­vərliyə, dünyada yaranan problemlərin həlli istiqamətində gördüyü tədbirlərə görə Prezi­dent İlham Əliyevə təşəkkür edirəm”. 

Amerika Dövlətləri Təşkilatının komis­sarı Fernando Lottenberg diqqətə çatdırıb ki, Rəqəmsal erada mənbə müxtəlifliyi var və burada yanlış informasiyalar asanlıqla yayıla bilir. Sosial media, əslində, insanların birləşmələri, biliklərini paylaşmaları üçün platforma olub. Hazırkı zamanda isə burada nifrət hissləri görünməmiş şəkildə geniş ya­yıla bilər.

O bildirib ki, sosial media etik şəkildə fəaliyyət göstərməlidir. Bunun üçün müxtəlif tərəflərin tənqidi yanaşması olmalıdır.

İslamabad Strateji Araşdırmalar İnsti­tutunun direktoru Sahil Məhəmməd bəzi ölkələrdə sosial medianın müsbət siyasi amil rolu oynadığına diqqət çəkib. Vurğulayıb ki, bəzən sosial media əsassız məlumatla­rın, kütləvi nifrətin yaranmasına səbəb olur. Gənclər arasında islamofobiyanın yayılması, terrorizm kimi qlobal problemlərin inkişaf et­məsi sosial media ilə birbaşa bağlıdır. 

Argentinanın müdafiə nazirinin müşaviri, jurnalist Brayan Mayer isə qeyd edib: “Biz elə bir dünyada yaşayırıq ki, bu, sosial me­diaya da birbaşa təsir göstərir. Yaxşı niyyətlə istifadə olunsa, sosial media bizim kömə­yimizə çata bilər. Minlərlə kilometr uzaqda olan insanlar bir-biri ilə ünsiyyət qura bilirlər. Sosial media bir çox məlumatlara çıxış üçün yaxşı imkan yaradır. Bizim üzərimizə düşən əsas iş isə XXI əsrin bizə verdiyi bu imkan­ları sülh və tolerantlıq üçün istifadə etməkdir.

Analitik Xəbər Bülleteninin baş analitiki Orxan Amaşov çıxışında sosial media düz­gün istifadə edildiyi təqdirdə müsbət platfor­ma olduğunu deyib. Bildirib ki, hətta Azər­baycan və Ermənistan jurnalistləri arasında qarşılıqlı ünsiyyət qurmaq məhz sosial media platformasında mümkün olur. 

O bildirib ki, bəzi şəxslər sosial medianı özlərinin mənfi əməlləri üçün istifadə edir­lər. “Azərbaycan ilə Ermənistan arasında müharibə bitdikdən sonra Ermənistan tərəfi­nin yaratdığı vəziyyəti sosial medianın mən­fi kontekstə istifadəsinə nümunə göstərmək olar. Ermənistan tərəfi Qarabağda hər iki millətin sülh içərisində yaşamasını istəmir­di və bu fikirlər sosial mediada paylaşılırdı. Ancaq Ermənistan sakinləri Laçın dəhlizi vasitəsilə Qarabağı tərk edərkən azərbay­canlı jurnalistlər onlarla ünsiyyət qura bi­lirdilər. Bu göstərdi ki, ünsiyyət qurmaq mümkündür. Eyni zamanda, Gürcüstanda azərbaycanlılar və ermənilər bir yerdə yaşa­yıb işləyirlər”. 

***

Forum çərçivəsində “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya ke­çirilib.

“Turizm Araşdırmaları Salnaməsi”nin tə­sisçi-redaktoru Cəfər Cəfərinin moderatorlu­ğu ilə keçən sessiyada çıxış edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COVID pandemiyasın­dan sonra bu il Azərbaycanda turizm sahə­sinin tam bərpasına nail olunduğunu, xarici turistlərin sayında xeyli artım qeydə alındı­ğını bildirib.

O, Azərbaycanda turizm sahəsinin inki­şafına böyük diqqət yetirildiyini vurğulayıb: “Azərbaycanın turizm potensialı yüksəkdir. Həmçinin turizm insanları birləşdirmək im­kanı yaradır. Bütün dünya üzrə turistlərin sayının artmasını nəzərə alaraq, fərqli mə­dəniyyətlərə malik insanlar davamlı şəkildə mübadilə edirlər. Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".

BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç çıxışında Bakıda keçirilən forumun çox yüksək sə­viyyədə təşkil olunduğunu deyib. "Forum vasitəsilə mədəniyyətlərarası dialoqa təsir göstərə bilirik. Turizmin gəlir yerlərinin yaradılmasında rolu məlumdur. Daha aydın desək, iş yerlərinin 10 faizi məhz turizmlə bağlıdır. Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb”, - deyə Zoritsa Uro­seviç vurğulayıb.

Sarayevo Şəhər Şurasının sədri Yasmin Ademoviç turizmlə bağlı gənclərdə ortaq fikrin çox olduğunu bildirib. O, gənclərə tu­rizmlə bağlı daha çox məlumat verilməsinin vacibliyinə diqqət çəkib. 

Tədbirdə çıxış edən “Songa Africa”nın təsisçisi Roset Şantal turizmin bərpası baxı­mından Ruandanın yaxşı nümunə olduğunu deyərək bildirib: "Bu ölkə kiçikdir və hazırda bərpa olunur. Turizmin bu baxımdan böyük rolu var. Ölkəmizdə yoxsulluğun aradan qal­dırılması və statusunu yaxşılaşdırmaq üçün turizmi inkişaf etdirdik”.

Turizm sektorunda gənclər və istedadla­rın inkişafı üzrə ekspert Lusi Qarner dünyada son zamanlarda gənclərin ciddi çağırışlarla üzləşdiyini deyib. Diqqətə çatdırıb ki, gənc­lərin fikirlərini dinləyib, onları dəyərləndir­mək lazımdır. 

Dünya Turizm Etikası Komitəsinin səd­rinin icraçısı Daniela Otero turizmin inkişaf etdirilməsinin vacibliyindən danışıb. O, bu sahənin inkişafı üçün belə forumların keçiril­məsinin önəmini vurğulayıb. 

“Get up and go Colombia”nın həmtəsis­çisi və direktoru Migel Karvaxal turizm sahə­sində icmalara dəstək göstərən layihələrin vacibliyindən bəhs edib. 

***

Forum çərçivəsində “Müasir inkişaf meyil­lərinin təmin edilməsində və iqtisadi şaxələn­dirmədə mədəni və yaradıcı sənayelərin əhə­miyyəti” mövzusunda panel sessiya keçirilib. 

“ArtXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaitenin moderatorluğu ilə keçirilən sessiyada ABŞ-ın “Stirling Fon­du”nun prezidenti və İdarə Heyətinin sədri Maylz Hansen çıxış edərək bildirib ki, dün­yada millətçilik və qəbiləçiliyin olması mü­naqişələrin yaranmasına səbəb olan ən təh­lükəli səbəblərdəndir. Onun sözlərinə görə, fəaliyyətlərini bu cür ideyalar üzərində quran qruplar və təşkilatlar bəşəriyyəti qütblərə bö­lür. Bu tendensiya tək Asiyada, şərqdə deyil, özünü ABŞ və Avropada da göstərir. 

Daha sonra “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva məruzəçi kimi çıxış edərək təmsil olunduğu qurumun ölkəmizdə həyata keçirdiyi layihələrlə bağlı danışıb. O əlavə edib ki, “British Councıl” Azərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə mühüm layihələr hazırlayıb. Bu layihələr nə­ticəsində Azərbaycan mədəniyyəti Birləşmiş Krallıqda və dünyada tanıdılıb. 

“Alove Animasiya” studiyasının həmtə­sisçisi və “Plastilin-medianın” həmtəsisçisi və rəhbəri Oktay Yusibov isə qeyd edib ki, Azərbaycan animasiya yaradıcılığını inkişaf etdirib qonşu və digər ölkələrdə nümayiş et­dirməsi müsbət nəticələrə yol aça bilər. Onun sözlərinə görə, bunun sayəsində uşaqlar müxtəlif xalqların və ölkələrin mədəniyyətini tanıyacaqlar.

Rəqəmsal mediada baş məsləhətçi Nina Lariçeva ilk olaraq ölkəmizlə bağlı təəssü­ratlarını bildirib. O, Bakıya ilk dəfə gəldiyi­ni deyərək Zaha Hadidin inşa etdiyi Heydər Əliyev Mərkəzinin incəsənət əsəri, Bakının dünyanın gözəl şəhərlərindən biri olduğu­nu əlavə edib. N.Lariçeva qeyd edib ki, bu gün dünyanın animasiya və film sənayesində ABŞ məhsulları çoxluq təşkil edib. Qlobal bazara digər mədəniyyətlərə aid yaradıcılıq məhsullarının da olması lazımdır. 

Daha sonra UNESCO-nun Banqladeş­dəki daimi nümayəndəsi səfir Xondkar Mu­hammad Talha, “Bazelevs” film şirkətinin baş prodüseri Lalə Rüstəmova, Daxili Məlu­mat Yayıcıların Sosial təsir şöbəsinin tərəfdaş və rəhbəri Martina Nadal və Türkiyə Yaradıcı Sənayelər Şurasının Prezidenti WDO-nun (Dünya Dizayn Təşkilatı) Avropa üzrə regio­nal müşaviri Sərtac Əray Ərsayın məruzələr­lə çıxış ediblər. 

***

Forum çərçivəsində keçirilən növbəti panel iclası “Münaqişədən sonrakı dövrlər­də mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzu­suna həsr olunub.

Panel sessiya Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilib. E.Abdullayev çıxışında dayanıqlı sülhün önəmli amil olduğunu bildirib. “Biz ta­rixi-mədəni irsin qorunması istiqamətində səylərimizi birləşdirməliyik. Aydındır ki, mü­haribələr zamanı mədəniyyətlərə çox böyük zərərlər dəyir. Sülhə aparan yol isə heç də asan olmur. Biz dialoq və əməkdaşlıq körpü­sü qurmalıyıq”, - deyə səfir vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun pre­zidenti Aktotı Raimkulova diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə dağıdılmış mədəniyyət abidələrin geniş bərpasına başla­yıb. Türk Mədəniyyəti və İrsi Fondu bu işə töhfə vermək məqsədilə Füzuli rayonunun Qoçəhmədli kəndindəki məscidi bərpa etmə­yi planlaşdırır. 

ICESCO-nun İslam Dünyası İrs Mərkə­zinin direktoru Vebber Ndoro çıxışında mə­dəniyyətin təkcə abidələr deyil, həm də in­sanlarla bağlı olduğunu deyib. 

Türkiyə- Azərbaycan Dostluq, Əməkdaş­lıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və xarici siyasət Şurasının üzvü Aygün Attar ermə­nilərin Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə mədəniyyətləri, abidələ­ri, xatirələri məhv etdiyini vurğulayaraq bil­dirib.

O deyib: “Dialoq Forumunun əsas ma­hiyyəti təkcə Azərbaycan üçün deyil, həm də bütün dünyanın mədəniyyət mirasını qoru­maqla bağlıdır”. 

İşğal dövründə Azərbaycanın təbiətinə də böyük zərər dəydiyini diqqətə çatdıran Ay­gün Attar əlavə edib: “Azərbaycanın ekologi­yasına vurulan zərər həm də bütün dünyanın ekologiyasına vurulan zərərdir. Bu zərərin də maddi dəyəri ödənilməlidir”.

Otuz il boyunca Qarabağda məscidlə­rin tamamilə yox edildiyini qeyd edən Tür­kiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri deyib: “UNES­CO-da mədəni irsin qorunması ilə bağlı qa­nunu qəbul edənlər bu məsələdə səslərini çıxarmadı. Bütün bu baş verənlərin obyektiv şəkildə hesabı verilməlidir”.

UNESCO üzrə Türkiyə Milli Komissiya­sının prezidenti Öcal Oğuz çıxışında təhsilin və maarifləndirmənin rolundan danışıb. O, hər şeyin məhv olduğu dünyaya sülhü necə gətirmək mümkündür sualına cavab tapmaq üçün UNESCO-nun yaradıldığını bildirərək deyib: “Biz ətrafımızdakı münaqişələrə qarşı daim mübarizə aparmalıyıq. Biz dünya ola­raq 1954-cü ildə qəbul edilmiş Konvensiya­sının arxasında dayana bilmədik. UNESCO bu məsələnin həlli üçün, ilk növbədə, təhsilin önəmini irəli sürüb, daha sonra mədəni irsin qorunmalı olduğunu təklif edib. Bildirilib ki, əgər mədəniyyətlər birləşərsə, sülh əldə et­mək daha asan olar”.

Məşhur fotojurnalist Reza Deqati çıxışın­da 45 il ərzində şahidi olduğu münaqişələr­dən söz açıb. O, münaqişələr zamanı infrast­ruktura, insana dəymiş ziyanlardan danışaraq əsas dağıntının gözlə görünməyən yaralan­mış ruhlar olduğunu deyib, mədəniyyəti bər­pa etməyin müxtəlif üsullarından danışıb. 

XQ











Son xəbərlər