Azərbaycanlı elm adamlarının Türkiyə dərnəyi

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov aprelin 6-da İstanbulda Türkiyədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb. 

Görüşdən əvvəl Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyası nəzdində Türkiyədə Yaşayan Azərbaycanlı Elm Adamlarının Dərnəyi təsis edilib. 

Görüşdə bildirilib ki, yaxın vaxtlarda Türkiyədə fəaliyyət göstərən elm adamlarının qurultayı keçiriləcək və burada dərnəyin idarə heyəti təsdiqlənəcək. 

Bu gün yaradılan dərnəyin gözlənilən olduğunu deyən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu birliyin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə və elmi baxımdan fəaliyyətin genişləndirilməsinə təkan verəcəyini diqqətə çatdırıb.  

“Dünyada baş verən hadisələr onu göstərir ki, biz dünyada yaşayan soydaşlarımızı birgə işləməyə cəlb etməliyik və onların da buna marağı olmalıdır”, - deyən komitə sədri aprelin 7-də Türkiyənin Kayseri şəhərində “Şuşa Azərbaycan Evi”nin açılacağını vurğulayıb. O, hazırda dünyanın 15 ölkəsində 28 Azərbaycan Evinin fəaliyyət göstərdiyini, bu kimi yeni evlərin yaradılması ilə bağlı çoxsaylı müraciətlərin olduğunu bildirib. 

Sonra Türkiyədə yaşayan azərbaycanlı elm və mədəniyyət nümayəndələri fikirlərini bölüşüb, təkliflərini veriblər.  

Son xəbərlər