Baş prokuror Neftçalada

post-img

Aprelin 6-da Baş prokuror Kamran Əliyev Neftçala Rayon Prokurorluğunun inzibati binasında Neftçala, Hacıqabul, Salyan rayonlarından, Şirvan şəhərindən və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 29 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair həmin məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

XQ

 

Son xəbərlər