Lənkəranda ümummilli lider Heydər Əliyevə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimat mərasimi keçirilib. Nəşri Mədəniyyət Nazirliyi Azərbaycan və talış dillərində hazırlayıb.
Topluda ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti, abadlıq və quruculuq işləri əksini tapıb, eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşləri, zəhmət adamları ilə maraqlı söhbətləri yer alıb.
Kitabın müəllifi yazıçı-jurnalist İradə Məlikova, Azərbaycan dilində redaktoru şair-publisist Rauf İlyasoğlu, talış dilində isə şair-publisist Baləddin Veşodur.
XQ