Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respub­likası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şir­van Apellyasiya Məhkəməsinin hakimləri təyin edil­sinlər: 

Bəhmənov Habil Xanoğlan oğlu, 

Hacıyev Pərviz Vaqif oğlu,

Həşimov Yaşar Xanoğlan oğlu,

Hüseynov Fikrət Cilingir oğlu.

2. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakim­ləri vəzifəsindən azad edilsinlər: 

Abdullayev İlkin Qismət oğlu,

Allahyarov Zaur Mirzağa oğlu,

Bağırov Məhəmməd Ənvər oğlu.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Sahibə QAFAROVA

Bakı şəhəri, 5 aprel 2024-cü il

Son xəbərlər