Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respub­likası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Həsənov Tural Həsən oğlu,

İsayev Elman Bəhruz oğlu,

Kərimov Əyyub Vaqif oğlu.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Sahibə QAFAROVA

Bakı şəhəri, 5 aprel 2024-cü il

Son xəbərlər