Xankəndidə yeni silahlar aşkarlanıb. Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 3-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
P.ƏMİRCANOV
XQ

