Stoltenberq: Ukrayna münaqişəsi NATO-nun təhlükəsizliyi üçün lazımdır

post-img

Ukraynadakı münaqişə NATO-nun təhlükəsizliyi üçün lazımdır, Kiyevə silah tədarükü alyansın təhlükəsizliyinə sərmayədir. NATO-nun baş katibi Yens Stoltenberq bu barədə aprelin 4-də Ukrayna-NATO Şurasının (UNC) səfirlər səviyyəsində planlaşdırılan iclası çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə brifinqdə bildirib.

“Ukraynaya dəstək xeyriyyəçilik deyil, bu, NATO ölkələrinin öz təhlükəsizliyinə sərmayədir”, - Stoltenberq deyib.

O, yenidən Kiyevə silah tədarükü məsələsinə münasibət bildirib.

“Dünən biz (NATO xarici işlər nazirləri) Ukraynanın təhlükəsizliyini təmin etmək üçün daha güclü institusional strukturun necə yaradılmasını müzakirə etdik. Bütün hərbi yardımın 99 faizi NATO ölkələrindən gəlir, lakin bütün bunların proqnozlaşdırıla bilən olmasını və alyans ölkələri arasında ədalətli bölüşdürülməsini təmin etmək lazımdır”, - Stoltenberq bildirib.

P.ƏMİRCANOV

XQ

Dünya