Martın 31-i səhər saatlarından başlayaraq azərbaycanlıların soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini kütləvi şəkildə ziyarət edilib.
Ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, tarixi faktlarla daha yaxından tanış olurlar.
Hazırda Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir. Kompleks fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə milyondan çox ziyarətçi qəbul edib.
XQ