Bakı metrosunun “Nəsimi” stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, alışmanın qarşısı dərhal alınıb.
Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.