Bu gün RF Dövlət Duması terror aktının baş verdiyi Crocus City Hall konsert zalından insanların evakuasiyasına kömək edən altı yeniyetməni mükafatlandırıb. Mükafatlandırma mərasimi Ailənin Müdafiəsi, Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin iclasında baş tutub. Məlumatı “İnterfaks.ru” verib.
İslam Xəlilov, Artemi Filimonov, Viktoriya Volçixina, Aleksandr Jurik, Yelizaveta Terexova və Nikita İvanova komitənin təşəkkürnamələri və noutbuklar təqdim olunub. Məktubda hər bir yeniyetmənin ailəsinə “cəsur və qətiyyətli” insan, əsl Rusiya vətəndaşı yetişdirdiyinə görə minnətdarlıq ifadə edilir. Yeniyetmələrə Dövlət Dumasının rəmzləri olan hədiyyə dəstləri və Rusiya haqqında kitab paylanıb.
Martın 25-də Krasnoqorsk administrasiyasının mətbuat xidməti bildirib ki, Krasnoqorsk şəhər dairəsinin 19 saylı məktəbinin şagirdləri İslam Xəlilov və Artem Donskoy terror aktı zamanı Crocus City Hall-dan evakuasiya zamanı tamaşaçıları xilas etdiklərinə görə təşəkkürlər və noutbuklar alıblar. Terrorçular konsert zalına soxulan zaman 15 yaşlı İslam və 14 yaşlı Artem qarderobda işləyirmiş. Yanğın və ümumi çaxnaşma zamanı yeniyetmələr təlimatlara uyğun hərəkət edərək sərgi mərkəzi vasitəsilə insanları təhlükəsiz yerə aparıblar, bunun sayəsində yüzlərlə insanın həyatını xilas ediblər”, - deyə şəhər rayon rəhbərliyi qeyd edib.
Martın 22-də axşam saatlarında terrorçular Moskva yaxınlığındakı Crocus City Hall konsert zalına soxularaq atəş açmağa başlayıblar. Binada yanğın baş verib. Son məlumatlara görə, 139 nəfər ölüb.
P.ƏMİRCANOV
XQ