Ramil Usubov Gürcüstanda

post-img

Martın 12-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb. 

Görüşdə tərəflər Gürcüstan ilə Azər­baycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müza­kirə ediblər.

Söhbət zamanı regionda sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb.

***

Həmin gün Təhlükəsizlik Şurasının katibi Gürcüstanın daxili işlər nazi­ri, Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri ilə də görüşüb.

Görüşdə iki ölkənin müvafiq struk­turları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacib­liyi qeyd edilib. 

Söhbət zamanı regionda baş verən hadisələr və təhlükəsizlik sahəsində ak­tual məsələlər diqqət mərkəzində olub. 

Vaxtanq Qomelauri səmərəli əmək­daşlığa görə Ramil Usubova təşəkkürü­nü bildirib, tərəfdaşlıq əlaqələrinin gələ­cəkdə də müxtəlif istiqamətlərdə fəal şəkildə davam edəcəyinə və dərinləşə­cəyinə ümidvar olduğunu vurğulayıb.

***

Dünən Ramil Usubov Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə də görüşüb. 

Tərəflər Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın əhəmiy­yətindən danışıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq illik plana uyğun olaraq intensiv şəkildə həyata keçirilir. 

Söhbət zamanı, həmçinin Azərbay­can–Türkiyə–Gürcüstan üçtərəfli əmək­daşlıq formatının əhəmiyyətinə diqqət çəkilib. İrakli Çikovani deyib ki, Gürcüs­tan bu il müdafiə nazirlərinin üçtərəfli gö­rüşünə ev sahibliyi edəcək.

***

Gürcüstanda səfərdə olan Azər­baycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov martın 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət edib. 

R.Usubov, həmçinin Tbilisidəki Qəh­rəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrə­manların xatirəsini yad edib, abidənin önünə əklil qoyub.

XQ

Son xəbərlər