Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, yaxın qonşuluq və dostluq münasibətləri diqqət mərkəzində olub. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulayıblar.
İki ölkə arasında iqtisadiyyat, nəqliyyat və enerji sahələrində tərəfdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, mühüm strateji layihələr müzakirə olunub.
Söhbət zamanı regional vəziyyətə toxunulub, sülh və sabitliyin vacibliyi vurğulanıb.
XQ