Dezinformasiya yaymış sosial şəbəkə xaricdən idarə olunub

post-img

Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanıb və vətəndaşlarımız arasında narahatlığa səbəb olub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xid­mətinin (DTX) mətbuat xidmətindən bil­dirilib.

Qeyd edilib ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şə­bəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.

Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapıb, xarici tərəfdaşlarla həyata keçi­rilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğur­maq imkanında olmayan şəxslər və on­ların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Həmçinin eyniadlı “Telegram” sə­hifəsində yerləşdirilmiş, Bakı şəhəri Ni­zami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şa­girdinin 2024-cü il martın 12-də çəkdiyi və özü tərəfindən eyni adda və məz­munda yaradılan kanala yerləşdirildiyi müəyyənləşdirilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb olunub.

“Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinfor­masiya məqsədləri üçün istifadə müm­künlüyünün məlum olduğu vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanma­mağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yara­danları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bil­diririk”, – deyə DTX-nin açıqlamasında bildirilib.

Son xəbərlər