XTQ hissə və bölmələrinin qış təlimləri

post-img

Bu ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimdə müxtəlif fəaliyyətlər icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən verilən məlumata görə, təlimin planına uyğun olaraq, xüsusi təyinatlı­lar xəritə üzərində tapşırıqları dəqiqləş­dirərək əməliyyat rayonunun dərinliyinə sızıb, şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları ye­rinə yetiriblər.

Həmçinin yüksək dağlıq və çətin ke­çilən ərazilərdə, eləcə də sərt enişlərdə, sıldırım yamaclarda dağçılıq ləvazimatla­rından istifadə etməklə hərəkət qaydaları məşq etdirilib.

Taktiki təlimdə snayperlər fərdi və cütlük şəklində hərəkət, atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif mə­safələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını da müvəffəqiyyətlə icra ediblər.

Bölmələrin idarə edilməsi üzrə ko­mandir heyətinin bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xila­setmə tədbirlərinin aparılması, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən tə­limdə xüsusi təyinatlıların fəaliyyəti yük­sək qiymətləndirilib.

XQ

Son xəbərlər